500 min lariyə qədər dövriyyəsi olan müəssisələr kiçik biznes kateqoriyasına daxil ediləcəklər
500 min lariyə qədər dövriyyəsi olan müəssisələr kiçik biznes kateqoriyasına daxil ediləcəklər, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökümət iclasında verdi.
Baş nazirin bəyan etdiyinə görə, Maliyyə Naziri Mamuka Baxtadze yeni qanunvericilik təşəbbüsünü yaratdı, hansına əsasən, kiçik istehsalçılar üçün dövriyyə vergisi 5%-dən 1%-ə enəcək.
Baş nazirin dediyinə görə, kiçik istehsalçılar üçün vergi məsələləri ilə bağlı güzəştli şəraitlər yaradılacaq.
“Kiçik istehsalçılar üçün dövriyyə vergisini beş dəfə azaldırıq. Yəni 5%-əvəzinə, vergi 1%-lik olacaq.
Bununla yanaşı, bugün 100 min lariyə qədər dövriyyəsi olan müəssisələr kiçik biznes hesab edrlər, ancaq bundan sonra, 500 min lariyə qədər dövriyyəsi olan müəssisələr də bu kateqoriyaya daxil olacaqlar. Bu güzəştlər yeni fəaliyyətə başlayan bizneslər üçün ciddi stimul olacaq” – dedi baş nazir.