50-yə qədər qeyri-hökumət təşkilatı xalq müdafiəçisi namizədinin seçilməsi proseduru və meyarları üzərində işləyir
Xalq müdafiəçisi namizədinin seçilməsi proseduru və meyarları üzərində 50-yə qədər qeyri-hökumət təşkilatı işləyir.
Mətbuat konfransında qeyd olunan qeyri-hökumət təşkilatlarını “Safari” birliyinin rəhbəri Baya Pataraiya, Gənc Hüquqşünaslar Assosiasiyasının sədri Nika Simonişvili və Ədalətli Seçkilər və Demokratiya Uğrunda Beynəlxalq Cəmiyyətin rəhbəri, Nino Dolidze təqdim etdilər.
Nika Simonişvilinin qeyd etdiyi kimi, mülki sektorun təklifi qərəzsiz, müstəqil və peşəkar xalq müdafiəçisinin seçilməsinə yönəlib.
“Mülki sektorun bu təklifi, təbii ki, ona yönəlib ki, biz həqiqətən qərəzsiz, müstəqil və peşəkar ictimai müdafiəçi seçə bilək. Biz artıq bir dəfə bu prosesdən keçmişik vəhakimiyyətə də, müxalifətə də eyni yolu, eyni prosesi təklif edirik ki, 5 il əvvəl bizi yaxşı nəticəyə gətirib çıxardı. Ona görə də bizim bu təklifimiz yeni bir şey deyil, partiyalara təklif etməyə davam etdiyimiz köhnə sınaqdan keçmiş üsuldur. Müvafiq olaraq bu, xalq müdafiəçisini hansısa tərəfin xeyrinə və ya sövdələşmə yolu ilə deyil, razılaşma yolu ilə, həqiqətən müstəqil və peşəkar ictimai müdafiəçi seçmək imkanı verir. Bundan irəli gələrək, bizim bu təklifimiz həm də ictimai müdafiəçi seçə bilmək məqamına yönəlib”, – Nika Simonişvili bəyan etdi.