5-6 iyul işi üzrə Gürcüstanın Birinci Kanalının jurnalisti, Ani Pasiya dindirilir
5-6 iyul işi üzrə Gürcüstanın Birinci Kanalının jurnalisti, Ani Pasiya dindirilir

Tbilisi Şəhər Məhkəməsində 5-6 iyul işi üzrə Gürcüstanın Birinci Kanalının jurnalisti, Ani Pasiya dindirilir.

Sorğuda Ani Pasiyanın bəyan etdiyinə görə, 5 iyilda saat 07:00 radələrində operator İliya Tvaliaşvili eilə birlikdə elan edilmiş aksiyanın işıqlandırılması üçün getdi.

“Rustaveli metrosu yanda idik, sonra Kaşvetinin arxasında yerləşən bağa keçdik, çünki orada aksiyanın daha bir hissəsi toplaşırdı. Sonra “Altinfo”-nun rəhbəri aksiya iştirakçılarını Parlamentin həndəvəri ərazisinə keçməyə çağırdı. İşıqlandırmağa getdik. Mən və operatorum memorial yanında dururduq. On ikiyə işləmişdi. Materialı saat 12 üçün göndərməli idik. Bu vaxtı bizə aksiyanın iştirakçılarından biri, qız yaxınlaşaraq məni təhqir edirdi. Deyirdi ki, mən işlədiyim televiziya onun pulu ilə maliyyələşdirilirdi və onun üçün bunların hamısı qəbuledilməz idi. Operatorum dedi ki, başımızı buraxsın. Sözünü başa çatdırmamışdı ki, ona tərəf əllərində bayraqlı insanlar gəldilər. Operatoru vurdular ki, LGBT icmasının müdafiəçisi idi. Həmin vaxtı, “MAvi Qalereyadan” səs gələndə İliyaya dedim ki, bunların başını burax gedək gprək orada nə baş verir. Hər ikimiz oraya gedirdik, arxamızca gələnlər oldu. Aksiya iştirakçılarından biri bayrağı bir neçə dəfə mənə vurdu. Həmçinin su ilə dolu butulkanı atırdılar. Mənə də dəydi. Hamı amansızcasına operatoruma vururdu. Onun kamerası və “layvı” var idi. Bir əli ilə müqavmətə çalışırdı, onlar isə, dayanmadan vururdular. Yardmım diləyirdim, sonra polis məni çıxardı”, – Ani Pasiya bəyan etdi.