42 ölkə, o cümlədən Gürcüstan Rusiyanı Zaporojya elektrik stansiyasından qoşunlarını çıxarmağa çağırır
42 ölkə, o cümlədən Gürcüstan Rusiyanı Zaporojya elektrik stansiyasından qoşunlarını çıxarmağa çağırır

42 ölkə, o cümlədən Gürcüstan Rusiyanı Zaporojya elektrik stansiyasından qoşunlarını çıxarmağa çağırır. Müvafiq müraciət Avropa İttifaqının Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəliyinin saytında dərc olundu.

Bəyanatda deyilir ki, Rusiya hərbçilərinin atom stansiyasında olması nüvə təhlükəsizliyi prinsiplərinə təhlükə yaradır. Bəyanatı bütün Avropa İttifaqına üzv ölkələrlə birlikdə ABŞ, Böyük Britaniya, Norveç, Türkiyə, Moldova və Gürcüstan da imzalayır.

İmzalayan ölkələr bir daha qeyd edirlər ki, Rusiyanın Ukraynaya qarşı təcavüzü beynəlxalq hüququn və BMT xartiyasının kobud şəkildə pozulmasıdır.

“Rusiya hərbçilərinin və silahlanmasının elektrik stansiyasının ərazisində yerləşdirilməsi qəbuledilməzdir və Beynəlxalq Atom Enerjisi Agentliyinin bütün üzv dövlətlərinin hörmətlə yanaşmağı öhdəsinə götürdükləri təhlükəsizlik prinsiplərinə və risklərin qarşısının alınmasına etinasızlıqdır”, – bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, Rusiyanın Ukraynaya müdaxiləsi və atom elektrik stansiyasında rus hərbçilərinin olması nüvə insidentləri riskini artırır.

Onlar həmçinin Rusiyanın Ukraynadakı qanunsuz hərəkətlərinə haqq qazandırmaq üçün dezinformasiyadan istifadə etmək cəhdini pisləyirlər.