Daxili İşlər Nazirliyi Tbilisi beynəlxalq Aeroportunda bombanın mümkün olması barədə yayılan məlumat ilə bağlı şərh verir. “112-yə məlumat daxil oldu, bunun əsasında da, prosedurlara uyğun olaraq polis müvafiq tədbirlərin həyata keçirilməsinə başladı. Qəbul olunan məlumatın yalan olub olmaması, qeyd olunan tədbirlərdən sonra məlum olacaq”, – Daxili İşlər Nazirliyi tərəfində yayılan məlumatda deyilir