40 məcburi köçkün ailəsinə yeni tikilən binalarda yaşayış sahəsi verilib
40 məcburi köçkün ailəsinə yeni tikilən binalarda yaşayış sahəsi verilib

 

Məcburi Köçkünlər, Eko-miqrantlar və Dolanışıq Mənbələrinin Təminatı Agentliyi Tbilisidə qəzalı binalarda məskunlaşan və inzibati vədi olan məcburi köçkün ailələrinə mənzillər verib.

Verilən məlumatda 40 məcburi köçkün ailəsinin yeni tikilən binalarda təmir edilmiş, müasir tələblərə cavab verən yaşayış sahəsi aldığı, onların arasında “Kartli” sanatoriyasında məskunlaşan məcburi köçkünlər də olduğu deyilir.

“Bu mərhələdə “Kartli”də yaşayan 140 ailədən 100 ailə yeni yaşayış mənzilləri ilə təmin olunub. Köçkün ailələri üçün lazımi yaşayış şəraitinin yaradılması dövlətin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə işlər aktiv şəkildə davam etdirilir. 2023-cü ildə məcburi köçkün ailələrinin məskunlaşdırılması üçün həm Tbilisidə, həm də regionlarda genişmiqyaslı tikinti işlərinə başlanacaq. Yaxın 3-4 il ərzində 13 min məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunacaq” – deyə agentlikdən bildirilib.