4 oktyabr işi üzrə saxlanılanlardan daha altı nəfər prosessual razılaşma əsasında həbsdən azad edilib
4 oktyabrda Prezident Sarayına daxil olmağa cəhd işi üzrə saxlanılanlardan daha altı nəfər həbsdən azad edilib.
Onlar təqsirlərini etiraf ediblər və məhkəmə iclas zalından prosessual razılaşma əsasında azadlığa buraxılıblar. Onlarla üç illik şərti cəza nəzərdə tutan prosessual razılaşma bağlanıb.
Belə ki, Giorgi Qorqia, Laşa İvanadze, Xviça Qoqoxia, Giorgi Rurua, Levan Cikiya və Serqo Meqrelişvili həbsdən azad ediliblər.
4 oktyabrda Prezident Sarayına daxil olmağa cəhd işi üzrə saxlanılan şəxslərə bir neçə maddə ilə ittiham irəli sürülüb. Bunlar arasında strateji və xüsusi əhəmiyyətli obyektin qrup halında ələ keçirilməsinə cəhd, həmçinin qrup zorakılığında iştirak da var. Həmin cinayətlər altı ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
4 oktyabr hadisələri ilə bağlı ümumilikdə 64 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Prosessual razılaşma ümumilikdə 22 nəfərlə bağlanıb və onların hamısı mərhələli şəkildə həbsdən azad edilib. Belə ki, dünən səkkiz nəfər məhkəmə zalından azad olunub, daha səkkiz saxlanılan şəxs bir neçə saat əvvəl sərbəst buraxılıb, altı nəfər isə az öncə azad edilib.