32 100-dən çox abituriyent tələbə adını, onlardan 6550-si dövlət qrantını qazanıb
32 100-dən çox abituriyent tələbə adını, onlardan 6550-si dövlət qrantını qazanıb

 

2022-ci ilin vahid milli imtahanlarının yekun nəticələrinə əsasən, 32 100-dən çox abituriyent ali təhsil müəssisələrində təhsilini davam etdirmək hüququ qazanıb.

Qiymətləndirmə və Vahid Milli İmtahan Mərkəzi tərəfindən verilən məlumatda, ali təhsil müəssisələrində imtahan vermək üçün qeydiyyatdan keçən abituriyentlərin 77 faizinin tələbə adını qazandığı deyilir.

“2022-ci ildə 32 100-dən çox abituriyent təhsilini davam etdirmək hüququ qazanıb , bu göstərici qeydiyyatdan keçmiş abituriyentlərin 77%-dən çoxunu təşkil edir. 6550-dək abituriyent dövlət qrantını qazanıb. 1000-dən çox abituriyent 100%, 1500-ə qədər abituriyent 70% ; 4000-dən çox abituriyent isə 50%-lik qrant qazanıb.

1390-dək abituriyent gürcü dili üzrə hazırlıq proqramlarına daxil olub; 200-dən çoxu maliyyələşdirilib.

Qiymətləndirmə və Vahid Milli İmtahan Mərkəzi gələcək tələbələrə, təhsillərini davam etdirmək hüququ əldə etdikləri ali təhsil müəssisəsi ilə müqavilə bağlamaq üçün yaxın günlərdə əlaqə saxlamalı olduqlarını xatırladır.

Abituriyentlərin ilk seçiminə əsasən, keçən il olduğu kimi, aşağıdakı təhsil proqramları liderlik edir: hüquq, psixologiya, humanitar istiqamətlər, biznesin idarə edilməsi və səhiyyə istiqaməti”-deyə Qiymətləndirmə və Vahid Milli İmtahan Mərkəzinin məlumatında qeyd olunur.

Qurumdan verilən məlumatda, vahid milli imtahanların iyulun 4-də gürcü dili və ədəbiyyatı imtahanı ilə başladığı deyilir. Bütün Gürcüstan miqyasında açılan 22 imtahan mərkəzi 41 mindən çox abituriyent daxil olmaqla, 90 000-dək aplikant qəbul edib. Əsas sessiyalara paralel olaraq, “Covid-19″a yoluxması təsdiqlənən abituriyentlər üçün əlavə sessiyalar keçirilib.