308 nömrəli marşrut xəttinin sərnişinləri də 18 metrlik avtobuslarla hərəkət edəcəklər
MAN markalı 18 metrlik avtobuslar 308 nömrəli marşrutu ilə fəaliyyətə başlayır. İndiyədək sözügedən marşrut üzrə hərəkət edən 12 metrlik avtobuslar doqquz ədəd 18 metrlik avtobuslarla əvəz olunacaq.
Meriyanın məlumatına görə, sıxılmış təbii qazla işləyən (CNG) avtobuslar 43-ü oturacaq olmaqla 162 sərnişin üçün nəzərdə tutulub. Avtobuslar məhdud imkanlı şəxslər üçün tam uyğunlaşdırılıb: əlil arabasının təhlükəsiz yerləşdirilməsi üçün salonda xüsusi yer ayrılıb, həmçinin açılan pandus da var; Tbilisinin iqlim şəraiti üçün nəzərdə tutulmuş müasir standart, inteqrasiya olunmuş istilik, kondisioner və ventilyasiya sistemi quraşdırılmışdır; Avtobuslar səsli məlumat, həmçinin daxili və xarici video monitorinq sistemləri, mobil telefonların enerji doldurma məntəqələri və digər müasir monitorinq, idarəetmə və təhlükəsizlik sistemləri ilə təchiz edilib.
Avtobuslarda sərnişindaşıma tariflərinin idarə edilməsi üçün kompüter və məlumat sistemləri, məlumat lövhələri, audioməlumat və video monitorinq sistemini özündə birləşdirən informasiya sistemi mövcuddur. Həmçinin, WIFI cihazı.
Qeyd edək ki, munisipalitet nəqliyyat islahatı çərçivəsində 160 ədəd 18 metrlik avtobus alıb.Cari ilin yanvar ayının sonunda 9 ədəd avtobus 302 nömrəli marşrut xətti üzrə sərnişinlərə xidmət göstərir, yaxın günlərdə isə 18 metrlik avtobusların 301 nömrəli və 314 nömrəli marşrut xətlərinə də paylanması planlaşdırılır.