302 nömrəli, 308 və 314 nömrəlidən sonra yeni avtobuslar 301 nömrəli marşrutu ilə fəaliyyətə başlayır
302 nömrəli, 308 və 314 nömrəlidən sonra bu gündən etibarən MAN markalı avtobuslar 301 nömrəli marşrutu ilə fəaliyyətə başlayır. Məlumatı Tbilisi meriyası yayır.
Onların məlumatına görə, sözügedən marşrut xətti üzrə hərəkət edən 12 metrlik avtobuslar 18 metrlik avtobuslarla əvəz olunub.
“Sıxılmış təbii qazla işləyən (CNG) avtobuslar 43-ü oturacaq olmaqla 162 sərnişin üçün nəzərdə tutulub. Avtobuslar məhdud imkanlı şəxslər üçün tam uyğunlaşdırılıb: əlil arabasının təhlükəsiz yerləşdirilməsi üçün salonda xüsusi yer ayrılıb, həmçinin açılan pandus da var; Tbilisinin iqlim şəraiti üçün nəzərdə tutulmuş müasir standart, inteqrasiya olunmuş istilik, kondisioner və ventilyasiya sistemi quraşdırılmışdır;
Avtobuslar səsli məlumat, həmçinin daxili və xarici video monitorinq sistemləri, digər müasir təhlükəsizlik sistemləri ilə təchiz edilib. Həmçinin, mobil telefonların enerji doldurma məntəqələri və WIFI avadanlığı da yerləşdirilib.
Qeyd edək ki, munisipalitet nəqliyyat islahatı çərçivəsində 160 ədəd 18 metrlik avtobus satın alıb.50 ədəd 18 metrlik avtobus artıq paytaxta xidmət göstərir və bu ilin sonuna qədər əlavə 110 ədəd avtobus gələcək”, – meriyanın məlumatında qeyd olunub.