300 minə qədər fermer dövlət subsidiyası olaraq bir hektar torpaq sahəsinə görə 300 lari alacaq
300 minə qədər fermer dövlət subsidiyası olaraq bir hektar torpaq sahəsinə görə 300 lari alacaq

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin sözlərinə görə, Gürcüstanda kənd təsərrüfatı təyinatlı torpaqların sahiblərinə dəstək üzrə dövlət proqramı həyata keçiriləcək.

Baş nazirin hökumətin bugünkü iclasında da qeyd etdiyi kimi, proqram çərçivəsində fermerlər kənd təsərrüfatı fəaliyyəti üçün mal almaq istiqamətində yardım alacaqlar.

Belə ki, Ğaribaşvilinin sözlərinə görə, 300 minə qədər fermer dövlət subsidiyası olaraq bir hektar torpaq sahəsinə görə 300 lari alacaq.

“Bu il, bütün dünya üçün çox çətin ildir. Bir sıra çağırışlar var. Əvvəlcə pandemiya idi, indi isə bu dağıdıcı müharibədir və təbii ki, istər inflyasiya, qiymət artımı və s. olsun hər yerdə vəziyyət bütün istiqamətlərdə pisləşib. Ölkədə sabit iqtisadi vəziyyəti qorumaq üçün əhalimizə, fermerlərə kömək etməliyik. Bu səbəbdən, kənd təsərrüfatı təyinatlı torpaqların sahiblərinə dəstək üçün dövlət proqramına başlamaq qərarını verdik. Proqramın təsdiqinin vacib məramlarından biri də kənd təsərrüfatı işlərinin vaxtında və effektiv şəkildə həyata keçirilməsinə kömək etməkdir.

Kənd təsərrüfatı təyinatlı torpaq üçün subsidiyanın məbləği bir hektar üçün 300 lari müəyyən edilib. Yəni 0,25 hektardan 1,25 hektar da daxil olmaqla torpağa sahib olan şəxslər, ortaq mülkiyyətçilər və benefisiar bu subsidiyanı ala biləcək. Onlara yardım-subsidiya bal şəklində xüsusi aqro-kartlara köçürüləcək, bu kartlardan isə yalnız kənd təsərrüfatı fəaliyyəti üçün mal satın alınmasında istifadə edə biləcəklər. Fikrimizcə , 300 minə qədər fermerə şamil olunacaq çox mühüm yardım olacaq. Layihənin büdcəsi 35 milyon laridir. Hesablamalarımıza görə bu, istehsalın maya dəyərinin azalmasına müsbət təsir göstərəcək”-deyə İrakli Ğaribaşvili bildirib.