26 may tədbirləri ilə əlaqədar olaraq Azadlıq Meydanında nəqliyyatın hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılıb
Meriyadan verilən məlumata əsasən, mayın 26-na həsr olunmuş tədbirlə əlaqədar mayın 19-dan mayın 25-i saat 00:00-dək Azadlıq Meydanında nəqliyyatın hərəkəti bir zolaqda məhdudlaşdırılıb, hərəkət istiqamətləri isə dəyişməz qalıb.
Məhdudiyyət müddətində ictimai nəqliyyatın dayanacaq yeri dəyişdirilib – ictimai nəqliyyat Aleksandr Puşkin meydanındakı dayanacaq əvəzinə Rustaveli prospekti ilə Lado Qudiaşvili küçəsinin kəsişməsində dayanacaq.