24 fevralda gecə saatlarında Qori avtomobil yolunun tunelində avtonəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
24 fevralda gecə saatlarında Qori avtomobil yolunun tunelində avtonəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolunun 88-ci kilometrində yerləşən Qori avtomobil tunelində, profilaktık işlərin aparılması məqsədilə, 24 fevralda saat 00:00-dan saat 03:00-a qədər Senaki-Tbilisi, saat 03:00-dan saat 06:00-a qədər isə, Tbilisi-Senaki istiqamətilə bütün növ avtonəqliyyatın hərəkəti qadağan olunur.

Məlumatı Gürcüstanın Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.

“Senaki-Tbilisi avtomobil tunelinin bağlanması müddətində avtonəqliyyatın axını daxili əhəmiyyətli Qori tunelinin dolama avtomobil yoluna keçəcək.

Tbilisi-Senaki avtomobil tunelinin bağlanması müddətində avtonəqliyyatın axını daxili əhəmiyyətli Senaki-Tbilisi istiqamətinə və Senaki-Tbilisi istiqaməti daxili əhəmiyyətli Qori tunelinin dolama avtomobil yoluna keçəcək”, – məlumatda deyilir.