23-cü Tbilisi Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırılıb
“Amiran” kinoteatrında 23-cü Tbilisi Beynəlxalq Film Festivalının mükafatlandırma mərasimi keçirilib. Beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilən müsabiqə filmləri dörd nominasiya üzrə təqdim edilib.
Festivalın əsas mükafatı – “Qızıl Prometey” aşağıdakı nominasiyalar üzrə milli müsabiqədə qalib gələn filmlərə təqdim edilib: ən yaxşı tammetrajlı bədii film – Soso Bliadzenin “Mənim otağım”, ən yaxşı qısametrajlı bədii film – Katalina Bakradzenin “Mənim dostum Andro” , ən yaxşı qısametrajlı film – Tekla Aslanişvilinin “Dövlət içində dövlət”, ən yaxşı qısametrajlı sənədli film – Ana Jeqnaradze və Marita Tevzadzenin “Ey, Günəş”.
Bu nominasiyalardan əlavə, ukraynalı rejissor Marina Er Qorbachinin işi Klondike münsiflər heyətinin xüsusi mükafatını alıb. Yapon rejissoru Çi Haiakavanın “Plan 75” filmi kinoda insan hüquqları ilə bağlı Avropa İttifaqının xüsusi mükafatına layiq görülüb. Həmçinin, builki kinofestivalın fəxri “Prometey”i rejissorlar – Aqneşka Holland və Otar İoselianiyə verilib.
23-cü Tbilisi Beynəlxalq Film Festivalında bir həftə ərzində 60-dan çox film nümayiş etdirilib. Gürcü Panoramasında altı tammetrajlı və 10 qısametrajlı bədii film, eləcə də səkkiz tam və yeddi qısametrajlı sənədli film təqdim olunmuşdu.