22 maydan "A" kateqoriyalı taksi sürücülərinə avtobus zolağında hərəkəti bildirən stikerlər paylanacaq
Paytaxt meri, Kaxa Kaladzenin bəyan etdiyinə görə, 22 maydan servis mərkəzlərində “A” kateqoriyalı taksi sürücülərinə avtobus zolağında hərəkəti bildirən stikerlərin paylanılmasına başlanacaq.
Onun Tbilisi munisipaliteti hökumət iclasında qeyd etdiyinə görə, stikerləri avtomobillərinin 10 ildən köhnə olmayan sürücələr alacaqlar.
“22 maydan xüsusi stikerlərin paylanılmasına başlayırıq, hansı da identifikasiya imkanını verəcək. Stikerləri avtomobillərinin 10 ildən köhnə olmayan sürücələr alacaqlar. Bununla yanaşı, bir iyundan həmin stikeri olan taksilər avtobus zolağında hərəkət edə biləcəklər. Sürücülər stikerləri munisipal servis mrəkəzlərində ala biləcəklər. Stiker taksinin ön şüşəsinə, sağ yuxarı kencünə yerləşdiriləcək”, – Kaxa Kaladze bəyan etdi.