21 avqustda Zestaponi-Kisxi-Xaraqauli yolunun 7-ci km-də nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
21 avqustda Zestaponi-Kisxi-Xaraqauli yolunun 7-ci km-də nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Gürcüstanın Bölgə İnkişaf və İnfrastruktur Nazirliyindən verilən məlumata görə, Avtomobil Yolları Departamenti Avtomobil Yolları Departamenti ilə bağlanmış müqavilə əsasında “New Road” MMC daxili dövlət əhəmiyyətli Zestaponi-Kisxi-Xaraqauli avtomobil yolunda reabilitasiya işlərini aparır.

İşlərin yerinə yetirilməsi məqsədilə qeyd olunan yolun 7-ci km-də 2022-ci il 21 avqustda saat 11:00-dan 18:00-dək avtomobillərin hərəkəti qadağandır.

Avtomobil yolunun bağlanması müddətində nəqliyyat vasitələri beynəlxalq əhəmiyyətli Tbilisi-Senaki-Leselidze avtomobil yolu və daxili dövlət əhəmiyyətli Dzirula-Xaraqauli-Moliti-Pona-Çumateleti avtomobil yolu ilə hərəkət edəcəklər.