2030-cu ilin Qış Olimpiya Oyunları Fransa Alplarında, 2034-ün - Solt Leyk Sitidə keçiriləcək #1TVSPORT
2024-cü ilin Yay Olimpiya Oyunları başlamazdan əvvəl Parisdə Beynəlxalq Olimpiya Komitəsinin 142-ci sessiyası keçirilib, burada 2030 və 2034-cü il Qış Olimpiya Oyunlarının ev sahibləri elan edilib.
2030-cu ildə Olimpiya Oyunlarına Fransanın Alp dağları ev sahibliyi edəcək. Qış Olimpiya Oyunları Fransada ən son 1992-ci ildə Albertvildə keçirilib. Oyunların keçiriləcəyi obyektlər Cenevrə gölü və Şimali Alp dağlarından Aralıq dənizinə qədər uzanacaq. Olimpiada 2030-cu ilin fevralın 1-dən fevralın 17-də daxil olmaqla, Paralimpiya Oyunları isə martın 1-dən 10-dək keçiriləcək.
2034-cü ilin Qış Olimpiya Oyunlarına gəlincə, ona ABŞ-ın Yuta ştatının paytaxtı Solt Leyk Siti ev sahibliyi edəcək. Bu şəhər Qış Olimpiya Oyunlarına 2002-ci ildə də ev sahibliyi edib. 2034-cü ildə Olimpiya yarışları fevralın 10-dan 26-da daxil olmaqla, Paralimpiya Oyunları isə martın 10-dan 19-dək keçiriləcək.
2022-ci ildə Qış Olimpiya Oyunlarının ev sahibi Pekin olub, 2026-cı ildə isə oyunlar Milanda və Kortina d’Ampezzoda keçiriləcək.