2026-cı ilin yanvarın 1-dən Gürcüstana daxil olan turistlər üçün sağlamlıq və bədbəxt hadisələrdən sığorta icbari olacaq
2026-cı ilin yanvarın 1-dən Gürcüstana daxil olan turistlər üçün sağlamlıq və bədbəxt hadisələrdən sığorta icbari olacaq

 
2026-cı ilin yanvarın 1-dən Gürcüstana daxil olan turistlər üçün sağlamlıq və bədbəxt hadisələrdən sığorta icbari olacaq.

Müvafiq dəyişikliklər “Turizm haqqında” qanuna daxil edilir. Sözügedən məsələ 2024-cü ilin iyunun 1-dən qüvvəyə minməli idi, lakin bu tarixin təxirə salınması planlaşdırılır.

Parlament çoxluğunun üzvləri dəyişikliklərin təşəbbüskarlarıdır. Onların izahına əsasən, yeni tənzimləmələrin tətbiqi və qüvvəyə minməsi özəl sektorun, eləcə də xarici ölkənin səfirlik və konsulluqlarının lazımi qaydada məlumatlandırılmasını, informasiya kampaniyalarının aparılmasını və digər müvafiq tədbirlərin həyata keçirilməsi də daxil olmaqla çoxmərhələli hazırlıq prosesini tələb edir, bu da qeyd olunan dəyişikliklərə uyğunlaşma prosesində sektora effektiv şəkildə kömək edəcək.