2026-cı il Vahid Milli İmtahanları iyulun 2-də Azərbaycan dili və ədəbiyyatı imtahanı ilə başlayacaq, iyulun 22-də isə fizika imtahanı ilə başa çatacaq
2026-cı il Vahid Milli İmtahanları iyulun 2-də Azərbaycan dili və ədəbiyyatı imtahanı ilə başlayacaq, iyulun 22-də isə fizika imtahanı ilə başa çatacaq

2026-cı il Vahid Milli İmtahanlarının cədvəli açıqlanıb

Təhsil Nazirliyinin məlumatına görə, 2026-cı il Vahid Milli İmtahanları iyulun 2-də gürcü dili və ədəbiyyatı imtahanı ilə başlayacaq, iyulun 22-də isə fizika imtahanı ilə başa çatacaq.

2026-cı il imtahanlarının ətraflı cədvəli:

Gürcü dili və ədəbiyyatı – 2 iyul (birinci və ikinci sessiya), 3 iyul (birinci və ikinci sessiya);
Osetin dili – 2 iyul (birinci sessiya);
Xarici dillər:
İngilis dili – 6 iyul (birinci və ikinci sessiya), 7 iyul (birinci və ikinci sessiya);
Rus dili – 8 iyul (birinci sessiya);
Alman dili – 8 iyul (birinci sessiya);
Fransız dili – 8 iyul (birinci sessiya);
Riyaziyyat – 10 iyul (birinci və ikinci sessiya);
Tarix – 13 iyul (birinci və ikinci sessiya), 14 iyul (birinci sessiya);
Kimya – 14 iyul (ikinci sessiya);
Vətəndaş təhsili – 15 iyul (birinci sessiya);
Biologiya – 16 iyul (birinci sessiya);
Ümumi qabiliyyətlər (erməni dilində) – 17 iyul (birinci sessiya);
Ümumi qabiliyyətlər (Azərbaycan dilində) – 17 iyul (birinci sessiya);
Təsviri və tətbiqi incəsənət – 17 iyul (birinci sessiya);
Coğrafiya – 20 iyul (ikinci sessiya);
Ədəbiyyat – 21 iyul (birinci sessiya);
Fizika – 22 iyul (birinci sessiya).

Müəllimlərin sertifikasiya imtahanlarına qeydiyyatdan keçən şəxslər imtahan prosesinə iyulun 5-dən qoşulacaqlar.

İyulun 17-də tələbələr üçün qrant müsabiqəsi keçiriləcək. Magistraturaya qəbul olmaq istəyən namizədlər isə ümumi magistratura imtahanını iyulun 23 və 24-də verəcəklər.

İmtahanın tarixi, iştirakçının imtahana gəlmə vaxtı və imtahan mərkəzinin ünvanı imtahan buraxılış vərəqəsində göstəriləcək. İştirakçıların buraxılış vərəqələrini şəxsi qeydiyyat səhifələrindən nə vaxt çap edə biləcəkləri barədə məlumat Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin rəsmi internet səhifəsində dərc olunacaq.

2026-cı ildə imtahan mərkəzləri Tbilisi, Batumi, Zuqdidi, Kutaisi, Poti, Axaltsixe, Qori, Ozurgeti, Rustavi, Telavi, Xulo və Ambrolauri şəhərlərində fəaliyyət göstərəcək. Təhsil Nazirliyinin məlumatında belə deyilir.