2026-cı il imtahan buraxılış vərəqələrinin çapı iyunun 22-dən mümkün olacaq
2026-cı il üzrə vahid milli imtahanların, ümumi magistratura imtahanının, müəllimlərin sertifikasiya imtahanlarının və tələbələr üçün qrant müsabiqəsinin iştirakçıları imtahan buraxılış vərəqələrini iyunun 22-dən etibarən çap edə biləcəklər. Bu barədə məlumatı Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzi yayıb.
Mərkəzin məlumatına görə, buraxılış vərəqəsində imtahan mərkəzinin ünvanı, hər bir imtahanın tarixi və imtahana qeydiyyatın başlanma vaxtı göstəriləcək.
“Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzi imtahan iştirakçılarına xatırladır ki, şəxsiyyəti təsdiq edən sənədlə yanaşı, buraxılış vərəqəsinin təqdim edilməsi də imtahana buraxılmağın zəruri şərtidir. Mərkəz həmçinin hər bir iştirakçını vərəqədə göstərilən məlumatlarla diqqətlə tanış olmağa çağırır və bildirir ki, qeydiyyat başa çatdıqdan sonra imtahana buraxılış mümkün olmayacaq.
Buraxılış vərəqəsinin çapı ilə bağlı ətraflı təlimat və əlavə məlumat iyunun 22-də Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin rəsmi internet səhifəsində dərc olunacaq”, – deyə mərkəzin yaydığı məlumatda bildirilir.
Rəsmi sayt:
Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzi (NAEC)