2025-ci ildən texniki baxış mərkəzlərinin monitorinqinin aparılması planlaşdırılır, pozuntu aşkar ediləcəyi təqdirdə isə mərkəzlər cərimələnəcək
2025-ci ildən texniki baxış mərkəzlərinin monitorinqinin aparılması planlaşdırılır, pozuntu aşkar ediləcəyi təqdirdə isə mərkəzlər cərimələnəcək

 
2025-ci ildən texniki baxış mərkəzlərinin monitorinqinin aparılması planlaşdırılır. “Texniki Baxış Mərkəzləri İttifaqı”nın icraçı direktoru Qiorqi Şiolaşvili bildirib ki, monitorinq videomüşahidə kameraları vasitəsilə, eləcə də xüsusi qrupların iştirakı ilə aparılacaq. Pozuntu aşkar ediləcəyi təqdirdə isə mərkəzlər cərimələnəcək. Cərimənin miqdarı pozuntunun ağırlığından asılı olaraq müəyyən ediləcək.

Şiolaşvili bildirib ki, ilkin texniki baxış haqqına yenidən baxılması ilə bağlı İqtisadiyyat Nazirliyi ilə danışıqlar aparılır. Xüsusilə, texniki baxış haqqının 30 lari bahalaşmasından söhbət gedir, bu da avtonəqliyyat vasitəsinin yoxlamadan keçməsinin 90 lariyə qədər artırılmasını nəzərdə tutur. “Texniki Baxış Mərkəzləri İttifaqı”nın icraçı direktoru, texniki baxış haqqının 2025-ci ildən artırılacağını ehtimal edir.

“2025-ci ildən texniki baxış mərkəzlərinin monitorinqinin aparılması planlaşdırılır. Monitorinqi Quru Nəqliyyat Agentliyi həyata keçirəcək. Monitorinq texniki baxış mərkəzlərinin fəaliyyətinin videomüşahidə kameraları, eləcə də xüsusi qruplar vasitəsilə monitorinqini nəzərdə tutur. Müəyyən cərimə sanksiyaları müəyyən ediləcək. Texniki baxış mərkəzi avtomobilin təhlükəli nöqsan olan konkret nöqsanına göz yumarsa, bu halda onlar 5000 lari məbləğində cərimə olunacaqlar. Mühüm nöqsana göz yumduqda- 2000 lari, kiçik nöqsan üçün isə – 500 lari.

Texniki baxış islahatı artıq 5 ildir başlayıb. Bundan irəli gələrək, ödənişlərə yenidən baxılmasına ehtiyac var. Texniki baxış mərkəzlərindən kadr axını faizi çox yüksəkdir. Ötən il kadr axını 57-59% olub, bu da fəlakətli dərəcədə yüksək göstəricidir. Müvafiq olaraq, texniki baxış mərkəzləri hazırda malik olduqları resurslar əsasında kadrları cəlb etməkdə çətinlik çəkirlər. Əgər texniki baxış haqqına yenidən baxılmazsa – və onun 30 lari artırılmasından söhbət gedir- texniki baxış mərkəzləri çətinlik çəkəcəklər. Məsləhətləşmələr davam edir, nə vaxtdan olacağını dəqiq deyə bilmərəm, lakin biz hesab edirik ki, qeyd olunan məsələyə 2025-ci ildən baxılacaq və bununla bağlı razılığa gələcəyik” – Qiorqi Şiolaşvili açıqlayıb.