2024-cü ilin vahid milli imtahanlarına qeydiyyat başlayıb
2024-cü ilin vahid milli imtahanlarına qeydiyyat başlayıb

 
2024-cü ilin vahid milli imtahanlarına qeydiyyat bu gün, martın 4-ü saat 10:00-da başlayıb və aprelin 4-ü saat 18:00-dək davam edəcək.

Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin yaydığı məlumat üzrə, qeydiyyat yalnız elektron qaydada Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinin online.naec.ge saytında aparılır.

Qurumun verdiyi məlumatda, abituriyentlərin qeydiyyat prosesinin bu il də bir neçə mərhələdə baş tutacağı deyilir:

Birinci mərhələdə abituriyent şəxsi məlumatlarını doldurmalı, imtahan şəhərini, imtahan verəcəyi fənnləri seçməli və zəruri hallarda xüsusi şərti qeyd etməlidir; Abituriyentlər aprelin 15-i saat 18:00-dək fənni dəyişdirə və ya əlavə edə, həmçinin imtahanın dilini dəyişə bilərlər;

Apellyasiya nəticələrinin dərc olunduğu gündən sonrakı gün saat 18:00-dək imtahan vermək istəyən şəxslərin təhsil proqramlarının siyahısında dəyişiklik etmək imkanı olacaq.

“Abituriyent məhdudiyyətsiz sayda təhsil proqramı seçə bilər. Vahid milli imtahanlarda iştirak etmək istəyənlər qeydiyyatdan əvvəl imtahanda iştirak haqqını – bir fənn üzrə imtahan üçün 10 lari ödəməlidirlər. Sistem imtahanda iştirak haqqının ödənilməsi barədə məlumatları avtomatik olaraq yoxlayır (ödəniş təsdiqlənmədikdə, abituriyent ekranda müvafiq bildirişi görür və qeydiyyata davam edə bilmir).

Mümkün ödəniş vasitələri və bank xidməti haqqı:
“Bank of Georgia”nın ödəniş platforması vasitəsilə – bogpay.ge – imtahanda iştirak haqqının üzərinə 0,5 lari + 1,2% xidmət haqqı əlavə edilir;
“Bank of Georgia”nın özünəxidmət terminalı ilə – imtahanda iştirak haqqının üzərinə 0,5 lari xidmət haqqı əlavə edilir;
“Bank of Georgia” – ibank.ge internet bankı vasitəsilə -imtahanda iştirak haqqının üzərinə 0,5 lari xidmət haqqı əlavə edilir;
“Bank of Georgia”nın – mBank-ın mobil tətbiqi ilə-imtahanda iştirak haqqının üzərinə 0,5 lari xidmət haqqı əlavə edilir.

Abituriyent qeydiyyatı ləğv etmək üçün aprelin 4-ü saat 18:00-a qədər mərkəzə müraciət edərsə, pulu ona qaytarılacaq. Abituriyentin imtahan zamanı xüsusi şəraitin/konkret imtahan mühitinin yaradılmasına ehtiyacı olarsa, müvafiq xananı qeyd etməli və ərizə ilə birlikdə müvafiq sağlamlıq arayışını (forma No100) Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzinə aprelin 15-i saat 18:00-dək təqdim etməlidir.
Müraciətlər Tbilisidə aşağıdakı ünvanda qəbul edilir: E. Mindeli N9. Bölgəllərdə isə, yerli tədris resurs mərkəzlərində” – deyə Qiymətləndirmə və İmtahanlar Milli Mərkəzindən bildirilib.