2024-cü ilin iyulunda əvvəlki illə müqayisədə ixrac 29,5%-lə artıb və rekord həcmdə 682,3 milyon ABŞ dolları təşkil edib
2024-cü ilin iyulunda əvvəlki illə müqayisədə ixrac 29,5%-lə artıb və rekord həcmdə 682,3 milyon ABŞ dolları təşkil edib

 
2024-cü ilin iyulunda əvvəlki illə müqayisədə ixrac 29,5%-lə artıb və rekord həcmdə 682,3 milyon ABŞ dolları təşkil edib. Bu haqda məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi yayır.

Qurumun məlumatında, iyulda idxalın 7,2%-lə artdığı və 1420,2 mln. ABŞ dollarına bərabər olduğu deyilir.

“2024-cü ilin yanvar-iyul aylarında idxal 2,9%-lə artıb və 9 034,5 mln. ABŞ dolları təşkil edib. 2024-cü ilin iyulunda ticarət dövriyyəsi 2 102,5 mln. ABŞ dolları ilə müəyyən edilib, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 13,6%-lə çoxdur və ixrac kimi, rekord həcmdə olub. 2024-cü ilin yanvar-iyul aylarında ticarət dövriyyəsi 1,6%-lə artıb və 12 564,5 mln. ABŞ dolları təşkil edib.

İyulda ticarət balansı da xeyli yaxşılaşıb, bu da ixracın idxalla müqayisədə daha yüksək artımı ilə əlaqədardır. 2024-cü ilin iyulunda ticarət kəsiri 737,8 milyon ABŞ dolları təşkil edib və əvvəlki ilin iyul ayı ilə müqayisədə 59,9 milyon ABŞ dolları yaxşılaşıb.

2024-cü ilin yanvar-iyul aylarında ticarət kəsiri 5 504,5 mln. ABŞ dolları təşkil edib və əvvəlki illə müqayisədə 301,3 mln. ABŞ dolları artıb.

Xatırladaq ki, 2023-cü ildə rekord həcmdə ixrac və ticarət dövriyyəsi qeydə alınmışdı. 2023-cü ildə ixrac 9,0 faizlə artıb və 6,1 milyard ABŞ dolları təşkil edib, ticarət dövriyyəsi isə 13,4 faizlə artıb və 21,7 milyard ABŞ dollarına bərabər olub” – qurum tərəfindən yayılmış məlumatda deyilir.