2024-cü ildən Gürcüstanda verilən bütün tikinti icazəsi icbari şəkildə yaşıllaşdırma layihəsini ehtiva etməlidir
2024-cü ildən Gürcüstanda verilən bütün tikinti icazəsi icbari şəkildə yaşıllaşdırma layihəsini ehtiva etməlidir. Parlament bugünkü plenar iclasda “Məkan nizamlanması haqqında məcəllə”də müvafiq dəyişiklikləri üçüncü oxunuşda təsdiq edəcək.
Parlamentin Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Maia Bitadze sözügedən layihənin Tbilisidə 2019-cu ildən tətbiq edildiyini və bu gün artıq -çoxlu yaşıllaşdırılmış yeni yaşayış kompleksləri və obyektlərin, o cümlədən yaşıllaşdırma layihəsi ilə qurulmuş iaşə obyektlərinin göz qabağında olduğunu açıqlayıb.
O, yeni dəyişikliklərin bütün Gürcüstan miqyasında xaotik tikintilərin tənzimlənməsinə və mümkün olan hər yerdə, hər bir məhəllədə, hər binanın yaxınlığında yaşıllığın təşkilinə və yeni istirahət məkanlarının yaradılmasına imkan yaratdığını bildirir.
“Munisipalitetlər ölkənin bu və ya digər bölgəsinə uyğun olan ağac və bitkilərin siyahısını müəyyən edəcəklər. Biz hər bir munisipalitetə qanunun qüvvəyə minməsinə qədər bir ilin hazırlıq, dendroloji layihələri razılaşdırmaq, yaşıllaşdırma və ağac-bitki standartlarının təsdiqlənməsi üçün istifadə edilməsinə kömək edəcəyik. Tbilisinin təcrübəsi sözügedən layihənin təkcə şəhər üçün deyil, həm də developerlər üçün faydalı olduğunu göstərir” -deyə Bitadze açıqlayıb.