2024-cü ildə Gürcüstan Biznes Turizm üzrə Beynəlxalq Forumun ev sahibi ölkəsi olacaq
2024-cü ildə Gürcüstan Biznes Turizm üzrə Beynəlxalq Forumun ev sahibi ölkəsi olacaq

 
2024-cü ildə Gürcüstan Biznes Turizm üzrə Beynəlxalq Forumun– m&i Tbilisi 2024-ün ev sahibi ölkəsi olacaq.

Milli Turizm Administrasiyasından verilmiş məlumatda qeyd edildiyi üzrə, qərar Beynəlxalq Forumun rəhbərliyi tərəfindən yekdilliklə qəbul edilib.

“Cari ilin yayında Gürcüstanda “m&i ilə Gürcüstanı kəşf et” tədbiri keçirilib. Milli Turizm Administrasiyası tərəfindən beynəlxalq forumun yüksək səviyyədə keçirilməsi 2024-cü ildə Gürcüstanda Biznes Turizm üzrə Beynəlxalq Forumun keçirilməsinə vüsət yaradıb.

Biznes Turizm üzrə Beynəlxalq Forumda Avropa və Böyük Britaniyadan biznes-turizm təşkilatlarının və iri turizm şirkətlərinin 100-dən çox nümayəndəsi dörd gün ərzində Gürcüstana səfər edəcək. Tədbirdə qabaqcıl biznes turizmi sahəsində çalışan təşkilatlarla sıx əlaqələr qurmaq imkanı əldə edəcək beynəlxalq və yerli turizm sektorunun 150-yə yaxın nümayəndəsi də iştirak edəcək” -deyə məlumatda deyilir.