2024-cü ildə Ədliyyə Evlərinin coğrafi arealı daha da genişləndiriləcək və ümumi Gürcüstanda 130 Ədliyyə Evi fəaliyyət göstərəcək
Ədliyyə Evinin prioritet istiqamətlərindən biri də infrastruktur layihələrinin inkişafıdır, bunun nəticəsində 2023-cü ildə Ədliyyə Evinin filiallarının sayı 118-ə çatdırılıb.
2024-cü ildə Ədliyyə Evlərinin coğrafi arealı daha da genişləndiriləcək və ümumi Gürcüstanda 130 Ədliyyə Evi fəaliyyət göstərəcək.
Ədliyyə Evinin sədri Laşa Lobcanidze “Facebook” sosial şəbəkəsində infrastruktur layihələri ilə bağlı geniş post dərc edir və misli görünməmiş miqyaslı infrastruktur layihələri çərçivəsində Qldani, Saqareco, Xaşuri, Samtredia, Axmeta, Tercola, Xelvaçauri, Tsaişi, Zot, Tolebi və Şroşada Ədliyyə Evlərinin tikintisinin davam etdiyini bildirir. Mtsxeta və Çala filiallarının tikintisi hazırlıq işləri mərhələsindədir və tezliklə Batumidə ikinci filialın tikintisinə başlanacaqdır. Həmçinin Rustavi filialının məkanının tam yenilənməsi üçün tender elan olunacaq və işçilər daha rahat iş məkanına sahib olacaqlar.
“Bütün bu filialların açılışı bu ilin yazında başlayacaq və mərhələli şəkildə davam edəcək və tezliklə ölkənin hər bir munisipalitetində Ədliyyə Evi fəaliyyət göstərəcək. Bütün bunlar Gürcüstanın ədliyyə naziri Rati Breqadzenin təşəbbüsü və rəhbərliyi ilə mümkün olub. Bu miqyasda dəstəyinə görə ona minnətdarıq. 2013-cü ildən 2023-cü il də daxil olmaqla Ədliyyə Evinin filiallarının tikintisinə 110 milyon laridən çox vəsait xərclənib. Nəticədə bu gün Gürcüstan əhalisinin dövlət xidmətlərinə misli görünməmiş çıxışı var”- deyə Laşa Lobcanidze açıqlayıb.