2024-cü il Parlament seçkilərində, seçicilərin ən azı 70 faizi elektron səsvermə aparatlarından istifadə edərək səs verəcək, qalan məntəqələrdə isə, bülletenlər rəqəmsal olacaq
2024-cü il Parlament seçkilərində, seçicilərin ən azı 70 faizi elektron səsvermə aparatlarından istifadə edərək səs verəcək, qalan məntəqələrdə isə, bülletenlər rəqəmsal olacaq

2024-cü il Parlament seçkilərində, seçicilərin ən azı 70 faizi elektron səsvermə aparatlarından istifadə edərək səs verəcək, qalan məntəqələrdə isə, bülletenlər rəqəmsal olacaq.

Parlament bu gün keçirilən plenar iclasda Avropa Komissiyasının tövsiyələrindən irəli gələn hazırlanmış dəyişiklikləri birinci oxunuşda müzakirə edəcək.

Parlament çoxluğunun üzvü, Rati Yonatamişvilinin jurnalistlərə bəyan etdiyinə görə, radikal müxalifətin dəyişikliklərə reaksiyası o qədər qeyri-adekvat idi ki, bunun yalnız bir motivi ola bilər, onların spekulyasiya və manipulyasiyaya yerləri qalmır.

“Biz seçicilərin ən azı 70 faizini əhatə edəcəyik, lakin bu rəqəmin 90 faizə yüksələcəyini gözləyirik. Elektron seçkilərin keçirilməyəcəyi məntəqələrdə hər bir seçki bülleteninin rəqəmsallaşdırılması həyata keçiriləcək. Məntəqələrin 70-90 faizə qədərinin əhatə olunması, qalan bülletenlərin rəqəmsallaşdırılması seçki saxtakarlığı ilə bağlı spekulyasiyaları, eləcə də karusellərlə bağlı yanlış məlumatlı və uydurma mövzuları aradan qaldıracaq, müxalifətin spekulyasiyaya yeri qalmayacaq və ona görə də dəyişikliklərdən narazıdılar”, – Yonatamişvili bəyan etdi.