2023-cü ilin martın 1-dən daxili tranzit xidmətlərinin göstərilməsi qaydası dəyişir
2023-cü ilin martın 1-dən daxili tranzit xidmətlərinin göstərilməsi qaydası dəyişir

 
2023-cü ilin martın 1-dən daxili tranzit xidmətlərinin göstərilməsi qaydası dəyişir. Büronun sabahkı iclasında müvafiq dəyişikliklərin təşəbbüsü qaldırılacaq. Mövcud qanuna əsasən, ölkədaxili tranzit ümumilikdə 90 gün müddətinə verilir və gündəlik haqqı bir laridir. Dəyişikliklərə əsasən isə ölkədaxili tranzitin 90 gün müddətinə verilməsinə görə vahid ödəniş müəyyən ediləcək və onun həcmi 50 lari olacaq.

Qanunlayihəyə əsasən daxili tranzitin müddətinin keçməsinə görə təyin olunmuş və hər gecikmiş gün üzrə tətbiq olunan 5 lari həcmindəki sanksiya və həmçinin itmiş nömrənin bərpası üçün nəzərdə tutulmuş 30 lari həcmindəki ödəniş də ləğv edilir .

Həmçinin, dəyişikliklərlə 365 günə verilən və dəyəri 450 lari olan uzunmüddətli daxili tranzit ləğv edilir.

Qanunlayihənin təşəbbüskarlarının izahatına görə, praktikada uzunmüddətli daxili tranzit xidmətlərindən istifadə tez-tez baş vermir və artıq bu xidmətin mövcudluğuna ehtiyac qalmır.

Yuxarıda bəhs olunandan başqa, bir cüt tranzit nömrəsinin verilməsi üçün ödəmə dəyişir. Bu ödəniş 20 lari artırılaraq 50 lari təşkil edəcək. Kağız tranzit nömrə nişanı vermək əvəzinə, metal nömrə nişanı vermək mümkün olacaq və ödəniş 50 lari olacaq.