2023-cü ilin əvvəlində Kutaisidə 320 məcburi köçkün ailəsinə mənzillər veriləcək
2023-cü ilin əvvəlində Kutaisidə 320 məcburi köçkün ailəsinə mənzillər veriləcək

 

2023-cü ilin əvvəlində Kutaisidə 320 məcburi köçkün ailəsinə mənzillər veriləcək-məlumatı Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti yayır.

Qurumdan verilən məlumatda tikinti başa çatdıqdan sonra məcburi köçkün ailələrinə meyarlara uyğun olaraq, tam təmirli yaşayış sahələri veriləcəyi deyilir.

“Məcburi köçkünlərin məskunlaşma proqramı çərçivəsində 2022-2025-ci illərdə 13 minə qədər məcburi köçkün ailəsi yeni mənzillə təmin olunacaq. Proqramın məqsədi məcburi köçkün ailələrinin müvafiq yaşayış sahəsi ilə təmin edilməsi və onlar üçün layiqli yaşayış şəraitinin yaradılmasıdır.

Səhiyyə nazirinin müavini İlia Ğuduşauri yaşayış kompleksinin tikinti prosesi ilə tanış olub. Nazir müavini ilə birlikdə, tikinti işlərinin gedişatı ilə Məcburi Köçkünlər, Ekomiqrantlar və Dolanışıq Mənbələrinin Təminatı Agentliyinin direktor vəzifələrinin icraçısı İrakli Mxeidze də tanış olub” – deyə İşğal olunmuş ərazilərdən olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.