2023-cü ilin birinci rübünün göstəricilərinə əsasən, Gürcüstanda yol qəzalarında 93 nəfər, yanğınlar nəticəsində isə 21 nəfər ölüb
Milli Statistika Xidmətinin 2023-cü ilin birinci rübünün göstəricilərinə əsasən, Gürcüstanda baş verən yol qəzalarında 93 nəfər ölüb. Hesabat dövründə ölkə ərazisində ümumilikdə 1153 yol-nəqliyyat hadisəsi baş verib. Bunlardan 48 hadisə sərxoşluq nəticəsində baş verib, 1480 nəfər zərər çəkib.
Bundan əlavə, MSX-nin məlumatına görə, 2023-cü ilin birinci rübündə ölkədə 3254 yanğın hadisəsi qeydə alınıb, nəticədə 21 nəfər ölüb, 63 nəfər xəsarət alıb. Yanğınlar nəticəsində ölkə üzrə 135 bina məhv olub.
MSX-nin məlumatına görə, bu ilin birinci rübündə insan alveri maddəsi ilə 3 cinayət törədilib və Daxili İşlər Nazirliyi tərəfindən hələlik heç bir cinayət işi açılmayıb.
Ailə daxili şiddətə gəlincə, 2023-cü ilin birinci rübündə ailə daxili şiddət qurbanlarının sayı 2195 nəfər olub. Onlardan 1820 nəfəri qadın, 375 nəfəri isə kişidir.