2023-cü il yanvarın 1-dən tikintiyə icazə üçün rüsumun mərhələli şəkildə artırılması planlaşdırılır
2023-cü il yanvarın 1-dən tikintiyə icazə üçün rüsumun mərhələli şəkildə artırılması planlaşdırılır

2023-cü il yanvarın birindən tikintiyə icazə üçün rüsumun mərhələli şəkildə artırılması planlaşdırılır. Müvafiq dəyişikliklər Parlamentə artıq təhrik olunub.

Qanunlayihəsinə əsasən, fərdi yaşayış evinin tikintisi istisna olmaqla, rüsumun məbləği tikintiyə icazə üçün dörd laridən 10 laridən artıq olmamaqla, kurort ərazisində sənaye obyektinin tikintisi üçün isə beş laridən 11 laridən çox olmamaq şərtilə artacaq.

Bundan əlavə, qanun layihəsi rüsumun məbləğinin mərhələli şəkildə artırılmasını nəzərdə tutur – 2023-cü ildən altı lariyə, 2024-cü ildən səkkiz lariyə və 2025-ci ildən 10 lariyə qədər  və kurort zonasında sənaye obyektinin tikintisi üçün 2023-cü ildən yeddi lariyə, 2024-cü ildən doqquz lariyə və 2025-ci ildən 11 lariyə qədər.

Qanun layihəsində nəzərdə tutulur ki, rüsumun artırılması ilə bağlı yekun qərarı müvafiq munisipalitet verməlidir. Dəyişikliklərin təşəbbüskarları deputatlar David Sonğulaşvili, Eka Sepaşvili, Bejan Tsakadze, İrma Zavradaşvili, Rima Beradze, Nino Tsilosani, Levan Mqaloblişvili və Qoça Enukidzedir.