2022-ci ilin büdcə layihəsinə əsasən, 2022-ci ilin yanvarından 70 yaşına qədər şəxslərin pensiyası 20 lari, 70 yaşından yuxarı olan pensiyaçıların pensiyası 25 lari ilə artacaq.
“Dövlət pensiyası haqqında” qanuna əsasən, 70 yaşına qədər olan şəxslərin pensiyası son 12 ayın infyasiyasinın orta göstəricisinin, lakin 20 laridən az olmamaqla miqdarında artırılmalıdır. Milli Statistika Xidməti tərəfindən sentyabrda dərc olunan göstəricilərə uyğun olaraq, 12 ayın infyasiyasinın orta göstəricisi 6,4 faizi təşkil edir. Onu nəzərə almaqla ki, qeyd olunan göstərici ilə pensiyanın artımı qanunla müəyyən edilmiş minimal 20 laridən azdır, qanuna müvafiq olaraq yanvardan pensiya 20 lari ilə 260 lariyə qədər artacaq.
Elə həmi qanuna müvafiq olaraq, 70 və yuxarı yaşında olan şəxslər üçün pensiya son 12 ayın orta inflyasiyasının və son 6 kvartalın ÜDM-un real artım göstəricisinin orta arifmetikinin 80 faizi ilə artmalıdır.
Onu nəzərə almaqla ki, qeyd olunan göstərici ilə pensiyanın artımı qanunla müəyyən edilmiş minimal 20 laridən azdır, bu təqdirdə də qanuna müvafiq olaraq yanvardan pensiya 25 lari ilə 300 lariyə qədər artacaq. Ümumilikdə, büdcədə pensiya təminatı üçün 2,885 milyard lari ilə yazıldı.