2022-ci ilin avqustunda Tbilisi Beynəlxalq Hava Limanında 2019-cu ilin avqust ayına olan sərnişin axınının 92 faizi bərpa edilib
2022-ci ilin avqust ayında Tbilisi Beynəlxalq Hava Limanı 363 830 sərnişinə xidmət göstərib ki, bu da 2019-cu ilin analoji ayının sərnişin axınının 92%-ni təşkil edir, 2021-ci ilin avqust ayı ilə müqayisədə isə bu 48%-lik artımdır.
Bu barədə “TavGeorgia” məlumat yayır.
“TavGeorgia”-dan verilən məlumatda, Batumi Beynəlxalq Hava Limanının 2022-ci ilin avqust ayında 103 625 sərnişinə xidmət göstərdiyi, bunun da ötən ilin eyni ayına nisbətən 2%, 2019-cu ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə isə 7% çox olduğu deyilir.