2022-ci ildə polis ölkə miqyasında 204 narkotik alverçisini saxlayıb
Cari il ölkə ərazisində həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində polis ümumilikdə 204 narkotik alverçisini saxlayıb-bu barədə məlumatı jurnalistlərə, Daxili İşlər Nazirliyində keçirilən brifinqdə Mərkəzi Polis Şöbəsinin direktoru Teimuraz Kupatadze verib.
“Narkotik vasitələrlə bağlı cinayətlərə qarşı səmərəli mübarizə və narkotik alverçilərinə qarşı qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsi yenə də Daxili İşlər Nazirliyinin əsas prioritetlərindən biri olaraq qalır. 2022-ci ildə ölkə miqyasında ümumilikdə 204 narkotik alverçisi saxlanılıb. Bu il Daxili İşlər Nazirliyi ötən illə müqayisədə narkotik alveri ittihamı ilə 68 nəfər artıq narkotik alverçisini saxlayıb” – deyə Teimuraz Kupatadze açıqlayıb.
Onun qeyd etdiyi kimi, 2022-ci il ərzində qanunsuz dövriyyədən müxtəlif növ külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələr: 8 kiloqram “heroin”, 8500 “Subutex” həbi və “Suboxin”, 16 kiloqram “kokain”, 6 kiloqram “MDMA”, 5 kiloqram “Alpha PVP”, 4,5 kiloqram “Klefedron” və müxtəlif narkotik vasitələr götürülüb.