2022-ci ildə Gürcüstanı Eurovision Mahnı Müsabiqəsində "Sirkus Mirkus" qrupu təmsil edəcək
2022-ci ildə Gürcüstanı Eurovision Mahnı Müsabiqəsində "Sirkus Mirkus" qrupu təmsil edəcək

2022-ci ildə Gürcüstanı Avroviziya Mahnı Müsabiqəsində “Sirkus Mirkus” qrupu təmsil edəcək.

Builki “Eurovision” layihəsi orijinal konsepsiya daşıyıcısıdır və qrup üzvlərinin şəxsiyyətləri tədricən ictimaiyyətə açıqlanacaq ki, bu da bu planın tərkib hissəsidir.

Yarandığı gündən bəri qrup müxtəlif janrları özündə əks etdirən on musiqi videosu yayınlayıb. Qrup üzvləri deyirlər ki, “Sirkus-Mirkus” görünməmiş audiovizual təcrübə yaratmaq üçün müxtəlif sahələrdən onlarla peşəkarı bir araya gətirən hərəkatdır.

Gürcüstanın Birinci Kanalı ərizələrin daxili seçimi əsasında bir neçə gün əvvəl Avroviziya Mahnı Müsabiqəsində Gürcüstan təmsilçisinin namizədliyini irəli sürüb. Qərar Gürcüstanın Birinci Kanalının Bədii Şurası və musiqi prodüserləri tərəfindən birgə qəbul edilib.

Xatırladaq ki, Avroviziya Mahnı Müsabiqəsi Avropa İctimai Yayım Şirkətinin musiqi festivalıdır və burada ölkə təmsilçisi müxtəlif seçimlər vasitəsilə ictimai yayımçı tərəfindən aşkarlanır və ya adı verilir. Bu il Gürcüstanın İctimai Yayımçısı məhz bu yolu seçib.

Ötənilki müsabiqədə Gürcüstanı tamaşaçıların səsverməsi nəticəsində məlum olan “Gürcüstanın ulduzu” musiqi müsabiqəsinin qalibi təmsil edib.

2022-ci ildə İtaliyanın Turin şəhəri Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edəcək. Yarımfinal mayın 10 və 12-də, final isə mayın 14-də keçiriləcək.

66 illik tarixə malik mahnı müsabiqəsində bu il 41 ölkə iştirak edəcək.