2022-ci ildə 25 müttəhim/məhkum vahid milli imtahanlarda iştirak edir
Bu il vahid milli imtahanlarda Penitensiar Müəssisələrdən 25 müttəhim/məhkum iştirak edir, onlardan altısı yetkinlik yaşına çatmamış şəxsdir-bu barədə məlumatı Penitensiar Xidmət yayır.
Onların verdiyi məlumata görə, müttəhim/məhkumların vahid milli imtahanların imtahan mərkəzlərinə daşınması prosesi ləngimədən davam edir. Məhkum abituriyentlər üçün imtahan mərkəzlərində müvafiq infrastruktur yardılıb.
“Xüsusi Penitensiar Xidmət üçün məhkumların ali təhsilə çatımlılığı prioritetdir. Bu məqsədlə, ədliyyə nazirinin təşəbbüsü ilə məhkumlara avtorizasiyadan keçmiş universitetlərdə distant təhsil almaq imkanı verən rəqəmsal universitet fəaliyyətə başlayacaq.
Xüsusi Penitensiar Xidmət hər bir abituriyentə uğurlar arzulayır” – deyə məlumatda qeyd olunub.