2022-ci il 25 aprel tarixindən etibarən sürücülük vəsiqəsi almaq üçün real yol şəraitində sınaq imtahanından keçmək məcburi olacaq

17:07, 16.11.2021

2022-ci il 25 aprel tarixindən etibarən sürücülük vəsiqəsi almaq üçün real yol şəraitində sınaq imtahanından keçmək məcburi olacaq.

Qanunverici orqan qanun layihəsini üçüncü oxunuşda dəstəkləyib.

Qanun layihəsinə əsasən, 2022-ci il aprelin 25-dən birinci mərhələdə “B” və “BE” kateqoriyalı avtonəqliyyat vasitələrini idarə edən, 2022-ci il noyabrın 7-dən isə sürücülük vəsiqəsi üzrə imtahan verən vətəndaşlar üçün real şəraitdə sürücülük imtahanından keçmək məcburi olacaq. Real şəraitdə sınaq bütün kateqoriyalı avtomobillər üçün məcburi olacaq.

Oxşar