2021-ci ilin  özünüidarəetmə seçkilərində iştirak edən partiyalara sıra nömrələri verildi
2021-ci ilin özünüidarəetmə seçkilərində iştirak edən partiyalara sıra nömrələri verildi

 

2021-ci ilin  özünüidarəetmə seçkilərində iştirak edən partiyalara sıra nömrələri verildi. Bu gün Mərkəzi Seçki Komissiyasında bu məsələ ilə bağlı görüş keçirilib.

“Sıra nömrəsinin verilməsi ilə bağlı “Seçki Məcəlləsi”-nə dəyişiklik daxil edilib. İlk növbədə, əvvəlki parlament seçkilərində ən çox maliyyə alan siyasi birliklərin sıra nömrəsini seçmək hüququ var. Bu ilin iyulun 17-dən gec olmayaraq, sıra nömrəsinin seçilməsi ilə bağlı müraciətlə onlar MSK-ya müraciət ediblər. Onlar tərəfindən sıra nömrəsinin seçilməsi proseduru əlavə nüanslara malikdir. Məhz bu məsələ ilə əlaqədar bu gün MSK-da siyasi birliklərin nümayəndələri ilə görüş keçirildi. Görüşdə 11 siyasi birlik nümayəndəsi iştirak edib. Gürcü Arzusu, Milli Hərəkat və siyasi birlik olan “Qirçi”-nin təmsilçiləri görüşdə iştirak etmirlər , çünki onlar artıq qərar veriblər , MSK-ya müraciət edərək, əvvəlki parlament seçkilərində onlara tanınan sıra nömrələrini saxlayıblar.

MSK-ya gəlincə, biz seçki prosesində iştirak edən bütün partiyalara kömək etmək istəyirik. Bu görüş sıra nömrəsinin verilməsi ilə əlaqəli bütün məsələlərin danışılmasına xidmət edir “-deyə MSK-nın mətbuat katibi Natia İoseliani bildirir.

Siyasi partiyalar 2021-ci ilin özünüidarəetmə seçkilərində aşağıdakı nömrələrlə iştirak edəcəklər:

“Gürcü Arzusu – Demokratik Gürcüstan” – 41;

“Vahid Milli Hərəkat” – 5;

“Avropalı Gürcüstan ” – 2;

“Vətənpərvərlər Alyansı” – 8;

“Qiorqi Vaşadze – Quruculuq Strategiyası ” -1;

“Lelo Gürcüstan Naminə” – 9;

“Qirçi” -36;

“Aleko ElisaŞvili – Vətəndaşlar” – 7;

“Avropalı Demokratlar” – 6;

“Leyborist Partiyası” – 10;

“Dövlət Xalq Naminə Hərəkatı” – 4;

“Respublika Partiyası” -11;

“Qanun və Ədalət” -12;

“Tərəqqi və Azadlıq” – 21.