2021-ci ilin oktyabr ayının göstəricilərinə görə, ticarət nəticəsində dövlət tərəfindən hərraca çıxarılan əmlakın özəlləşdirilməsinin məbləği 281 732 500 lari təşkil edib
2021-ci ilin oktyabr ayına olan vəziyyətə əsasən, dövlət özəlləşdirmə hərracına ilkin dəyəri 486 658 050 lari olan əmlak çıxarıb. Bundan 198 367 650 lari dəyərində əmlak üzrə hərrac uğurla başa çatıb.
Ticarət nəticəsində özəlləşdirmə məbləği 281 732 500 lari təşkil edib.
Xatırladaq ki, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi tərəfindən “Biznesə 100 İnvestisiya Təklifi” proqramına 2019-cu ilin noyabr ayından başlanılıb. Məqsəd bir tərəfdən iqtisadiyyatı dirçəltmək, digər tərəfdən isə yerli bazara sərmayə yatırma prosesini stimullaşdırmaqdır.