2021-ci ilin noyabr ayında Gürcüstana gələn xarici ziyarətçilərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 288,8 faizlə artıb
2021-ci ilin noyabr ayında Gürcüstana gələn xarici ziyarətçilərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 288,8 faizlə artıb

2021-ci ilin noyabr ayında Gürcüstana gələn xarici ziyarətçilərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 288,8 faizlə artıb.

Milli Turizm Administrasiyasının məlumatına görə, 2021-ci ilin noyabr ayında Gürcüstana 180 963 beynəlxalq səyahətçi səfər etdi. 2019-cu ilin noyabr ayı ilə müqayisədə 73 faiz azdır. Noyabrda turist səfərlərinin sayı 151 367 nəfər təşkil etdi ki, bu da 2020-ci ilin noyabr ayı ilə müqayisədə 283,2 faiz, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə isə 55,3 faiz azdır.

Milli Turizm Administrasiyasının hesabatına görə, növbəti 11 ay ərzində turist səfərlərinin bərpası mərhələ şəklində artır. 2019-cu illə müqayisədə azalma faizi hər ay azalır: yanvarda -90,4%; fevral -85,5%; mart -84,4%; aprel -78,2%; may -77,3%; iyun -71,7%; iyul -62,6%; avqust -67,2%; sentyabr – 61,1%; oktyabrda -57%; noyabrda isə 553,% təşkil edirdi.

Milli Turizm Administrasiyasının hesabatına uyğun olaraq, noyabr ayında ziyarətçilərin demək olar ki, yarısı – 87 369 nəfəri quru yolla daxil oldu. Ziyarətçilərin 77 666 nəfəri hava, 872 nəfəri dəmir yolu, 658 nəfəri isə, dəniz yolunu seçdi.

Noyabrda ən çox ziyarətçi olan TOP ölkələrə gəldikdə, göstəricilər belədir: Türkiyə – 32 577 ziyarətçi, Rusiya – 23 424 ziyarətçi, Ermənistan – 19 29 1ziyarətçi, Gürcüstan (qeyri-rezident) – 15 112 ziyarətçi, İsrail – 12 029 ziyarətçi, Ukrayna – 8 698 ziyarətçi, Azərbaycan – 8 064 ziyarətçi, Qazaxıstan – 5 148 ziyarətçi , Səudiyyə Ərəbistanı – 4 573 ziyarətçi, Özbəkistan – 4 156 ziyarətçi, İran – 2 945 ziyarətçi, Belarus – 2 748 ziyarətçi, Filippin – 2 169 ziyarətçi, Hindistan – 2 163 ziyarətçi, Polşa – 1 919 ziyarətçi.