2020-ci ilin üçüncü kvartalında, Gürcüstanda avtoqəzalar nəticəsində 134 nəfər həlak olub
Cari ilin üçüncü kvartalında, Gürcüstanda 1 437 avtoqəza baş verdi, hansılarında 134 nəfər həlak oldu, 2 022-si isə, yaralandı.
Söhbət cinayət məcəlləsinin yayıldığı hallardan gedir.
Bu haqda məlumatı Daxili İşlər Nazirliyi yayır.
Nazirlik tərəfindən yayılan statistikaya əsasən, qəzaların əksəriyyəti minik avtomobillərdə baş verib, hansılarında 49 nəfər həlak olub.
Marşrut nəqliyyat vasitəsi ilə, 47 qəza baş verib və onlarda dörd nəfər həlak olub.
Yük maşınlarının 76 qəzası baş verib və 14 nəfər həlak olub. 74 motosikl qəzası baş verib və üç nəfər həlak olub.
Həlak olanlar arasında yeddi yaşına qədər olan üç uşaq var və onların hamısı piyada gedənlərdir.
Səkkizdən 16 yaşına qədər yaş kateqoriyasında isə, dörd nəfər həlak olub.
Cari ilin ikinci kvartalında Gürcüstan yollarında 1 034 avto-nəqliyyat qəzası baş verib və 69 nəfər həlak olub, 1 372 isə, yaralanıb.
Qeyd edilməlidir ki, ikinci kvartal (31 mart- 23 may) koronavirusla bağlı karantin dövrünə düşdü və vətəndaşlar saat 21:00-dan sonra evdən bayıra çıxmırdılar.
Aprelin 17-dən 26-na qədər avtomobil ilə hərəkət etmək də qadağan idi.
Birinci kvartala gəlincə, 1 236 avtoqəza nəticəsində, 134 nəfər həlak oldu, 1 610 zərər gördü.