2020-ci ilin "Biznesin aparılması" reytinqində Gürcüstan 190 ölkə arasında yeddinci yerdədir
2020-ci ilin "Biznesin aparılması" reytinqində Gürcüstan 190 ölkə arasında yeddinci yerdədir

2020-ci ilin “Biznesin aparılması” reytinqində (Doing Business) Gürcüstan 190 ölkə arasında yeddinci yerdədir.

Bu haqda aparılan tədqiqatın nəticələrini Dünya Bankı yayır.

Qeyd edilməlidir ki, keçın il ilə müqayisədə Gürcüstanın reytinqi bir pillə geri düşüb, çünki 2019-cu ilin hesabatında ölkə altıncı yerdə idi.

Bununla yanaşı, 2020-ci ilin hesabatında Gürcüstan 83,7 bal ilə ilə dəyərləndirilib və əvvəlki il ilə müqayisədə 0,2 bal ilə irəliləyib.

Reytinq 10 indikatora müvafiq şəkildə tərtib olunur. Bu indikatorlardan beşində Gürcüstanın pozisiyaları yaxşılaşıb, digər beşi isə dəyişməz olaraq, qalıb.

Gürcüstanın ən yüksək göstəricisi isə, biznes qurmaq üçün müsbət şəraitlər ilə bağlıdır. Bu baxımdan ölkə dünyada ikinci yerdədir və ondan irəlidə sadəcə Yeni Zelandiyadır.

Mülkiyyətin qeydiyyatı baxımından isə, Gürcüstan beşinci yerdədir.

Minoritar investorların monitorinqi ilə yeddinci yerdədir.