Gürcüstanın Maliyyə Naziri Dmitri Kumsişvilinin verdiyi məlumata görə, Gürcüstanda 2019-2020-ci illərdə pensiya 20-20 lari ilə artacaq.
Parlamentin bugünki plenar iclasında 2018-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı Kumsişvili bəyan etdi ki, çox yaxında, Gürcüstan parlamentinə pensiya islahatları haqqında qanunlayihə daxil ediləcək.
“Bizim məqsədimiz odur ki, qeyd olunan layihəyə baza pensiyaları haqqında indeksasiya qeydləri daxil olsun, ancaq olan qədər qərar verdik ki, 2019-cu və 2020-ci ildə indeksasiya metodu ilə pensiyalar artacaq. Yəni pensiyalar 2019-cu və sonra 2020-ci ildə artacaq” – dedi Kumsişvili.