2018-ci ilin yanvarın birindən Bolqarıstan Avropa İttifaqının sədr ölkəsi oldu
2018-ci ilin yanvarın birindən Bolqarıstan Avropa İttifaqının sədr ölkəsi oldu

2018-ci ilin yanvarın birindən Bolqarıstan Avropa İttifaqının sədr ölkəsi oldu. Bolqarıstan Avropa İttifaqına 2007-ci ildə üzv oldu və sədr ölkəsi də ilk dəfə oldu.

Rəsmi Sofiya növbəti 6 ayın prioritetləri olaraq Avropanın gələcəyini, Qərbi Balkan ölkələrinin Avropa perspektivlərini, təhlükəsizliyi və sabitliyi göstərdi.

Bolqarıstan Baş naziri Boiko Borisov qeyd etdi ki, Bolqarıstan üçün ən vacib məsələ namizəd ölkələriə imkanların yaradılması və dəstəyidir ki, onlar islahatlarını davam etdirsinlər və təşkilatın üzvlüyünə daha da yaxınlaşsınlar.

Təşkilatın genişlənmə siyasəti üzrə mövqeyi dəyişməz olaraq qalır. Avropa İttifaqında hesab edirlər ki, genişlənmə siyasəti sabitlik və sülh üçün ən effektli vasitədir. 2018-ci ilin fevralın Avropa Kommisiyası Serbiya və Monteneqronun Avropa İttifaqına uğurla üzv olması barəsində strategiyanı dərc etdirəcək.

Mayın 17-18-də Avropa İttifaqı-Qərbi Balkan ölkələri sammiti planlaşdırılıb.

Sofiya Avropa İttifaqının Ədliyya və Daxili İşlər nazirlərinin görüşünə yanvarın 25-də ilk dəfə ev sahibliyi edəcək. 15-16 fevralda Sofiyaya, Avropa İttifaqının Xarici işlər nazirləri gedəcəklər.

Bolqarıstan Avropa İttifaqının sədrliyini 2018-ci ilin iyununda Avstriyaya təhvil verəcək.