2017-ci ilin qanunun aliliyi indeksinə əsasən, Gürcüstan bölgədə yenə birincidir
2017-ci ilin qanunun aliliyi indeksinə əsasən, dünyanın 113 ölkəsi arasında Gürcüstan 0.61 xal ilə 38-ci yerdədir.
Gürcüstanın Ədliyyə Nazirliyinin məlumatına görə, Gürcüstan şərqi Avropa və mərkəzi Asiya bölgələri arasında birincidədir.
İdarənin məlumatına görə, indeksə əsasən Gürcüstan korrupsiyanın olmaması komponentində 0.71 xal ilə bölgədə birinci, dünya reytinqində isə 23-cü yerdədir.
Təhlükəsizlik və qayda-qanun faktoru ilə Gürcüstan dünya reytinqində 0.79 xal ilə 30-cu yeri tutur.
2017-ci ilin qanunun aliliyi indeksinə əsasən, Gürcüstan Yunanıstan (39), Macarıstan (50), Bolqarıstan (55), Ukrayna (77) və başqa ölkələrdən irəlidədir.
2017-ci ilin qanunun aliliyi indeksinə əsasən, dünya reytinqində birinci yerdə Danimarkadır, ikincidə Norveç və üçüncüdə Finlandiyadır. Son üç yerdə Venesuella, Kamboca və Əfqanıstan tuturlar.