2017-ci ildə, dünyada iş vəzifəsini yerinə yetirərkən, 65 jurnalist həyatını itirdi
2017-ci ildə, dünyada iş vəzifəsini yerinə yetirən zaman, 65 jurnalist həyatını itirdi.
Bu barədə hesabatı “Sərhədsiz reportyorlar” adlı təşkilat yayır.
Medya nümayəndələri üçün ən təhlükəli ölkələr siyahısında birinci yerdə Siriya və Meksikadır.
Ölən jurnalistlərin 26-sı məhz iş vəzifəsini yerinə yetirəkən təhlükəli yerlərdə həyatını itirib. 36-sı isə, sifarişlə öldürülüb.
Bu il ən çox səs salan hadisə Maltalı jurnalist Dafna Karuananın qətlə yetirilməsi oldu. Oktyabrın 16-da jurnalisti öz maşınında partlatdılar.
Dünya miqyasında 326 jurnalist həbs edilib, 54-ü əsir düşüb. İkisi isə itkin düşüb.
Keçən il ilə müqayisədə bu göstərici azalıb, çünki 2016-cı ildə ölən jurnalistlərin sayı 74 -idi.