2016-cı ildə ABŞ prezident seçkilərinə qarışan hakerlər bütün dünya miqyasında kiber-hücümlər etdilər
Agentliyin məlumatına görə, ABş-dan başqa, ən çox kiber-hücüm Ukraynada, Rusiyada, Gürcüstanda və Siriyada həyata keçirilib.
Kiber-hücümların məqsədləri arasında Dövlət katibi Con Keri, NATO qüvvələrinin başçısı Filip Bridlav və ondan öncəki həmkarı Uesli Klark var idi.
Hakerlər həmçinin, Ukrayna rəsmilərinə də və Rusiya müxalifətçilərinə də hücüm etdilər.
“Asoşieited Pres” tərəfindən əldə edilən məlumata görə, hücüm ediləcək məqsədlər arasında 4700 internet istifadəçisi var. Onların arasında, Kiyevdə Roma Papasının nümayəndəsi, musigi bendi Pussy Riot-un üzvləri və digərləri də var.
Bu siyahıyı Kiber-təhlükəsizlik məsələləri üzrə çalışan Secureworks şirkətinin mütəxəssiləri hazırladılar.
Rus müxalifətçilərindən hakerlərin qurbanı Aleksey Navalni və Mixail Xodorkovski oldu.
Secureworks-un məlumatına görə, hakerlər 545 hesaba hücüm etdilər. Onların arasında Ukrayna prezidenti Poroşenkonun və onun uşağının el-poçtu və həmçinin, Ukraynanın Daxili İşlər Naziri Arseniy Avakovun hesabı da var idi.
Gürcüstanda isə, 125 elektron poçtuna haker hücüm edildi.
Mütəxəssislərin dediyinə görə, hakerlərin arasında, çox vaxt Rusiyadan olduqlarından başqa bir bağlantı yoxdur.
Haker qrupu Fancy Bears 2000-ci illərdən yaradılıb. O 2016-cı ildə, ABŞ-ın demoktarik partiyasının serverinə hücüm edən zaman məşhur oldu.