2014-cü ilin martın 1-nə qədər verilən C, CE, D və DE kateqoriyalı sürücülük vəsiqələrinin hüquqi qüvvəsi cari ilin martın 1-nə qədər saxlanacaq
2019-cu ilin martın 1-dən, Gürcüstanda 2014-cü ilin martın 1-nə qədər verilən C, CE, D, DE, C1, C1E, D1 və D1E vəsiqələri hüquqi qüvvələrini itirəcəklər, – bu barədə məlumatı Daxili İşlər Nazirliyinin Xidmətlər Agentliyi yayır.
İdarənin yaydığı məlumata görə, qeyd olunan kateqoriyanın sürücülük vəsiqələrini xidmətlər agentliyinin hərhansı filialında dəyişmək olar.
Vəsiqəsinin yeniləşdirilməsi üçün vətəndaş sağlamlıq haqqında arayış, şəxsiyyət vəsiqəsini və köhnə sürücülük vəsiqəsini təqdim etməlidir.
Vəsiqənin dəyişdirilməsi üçün ödəniləcək məbləğ 15 laridir. Köhnə vəsiqənin itdiyi halda isə, 35 lari.
Yeni vəsiqə 5 il müddəti ilə qüvvədə qalacaq.