2014-cü ilin martın 1-də verilən C, CE, D, DE kateqoriyalı sürücülük vəsiqələrinin bugündən etibarən hüquqi qüvvəsi itir
2014-cü ilin martın 1-də verilən C, CE, D, DE kateqoriyalı sürücülük vəsiqələrinin bugündən etibarən hüquqi qüvvəsi itir.
Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, bugünə qədər şəxsiyyət vəsiqələrini yeniləyə bilməyənlərin avtonəqliyyatı sürmək səlahiyyəti dayandırılır.
Sürücülük vəsiqəsini dəyişdirmək üçün vətəndaşlar xidmətlər agentliyinin hərhansı filialına müraciət edə bilərlər.
Sürücülük vəsiqəsinin dəyişdirilməsi 15 laridir. İtən vəsiqənin bərpası isə, 35 lari.
Əlavə məlumat almaq üçün qaynar xətt nömrəsinə – 032 2 41 91 91 zəng edə bilərsiniz.