2014-cü ilin fevral ayında, Kiyevdə, Maydanda baş verən qətliyamla bağlı iki Gürcüstan vətəndaşı sorğulanacaq
Kiyevdə 2014-cü ilin fevral ayında baş verən qətliyamla bağlı iki Gürcüstan vətəndaşı sorğulanacaq.
Bu barədə məlumatı Ukraynanın “112” teleşirkəti yayır.
Teleşirkətin məlumatın görə, məhkəmə gürcü “snaiperlərini” daha öncə video-əlaqə vasitəsi ilə sorğulamışdı. Gürcüstan vətəntaşlarının sorğulanmasını Ukraynanın xüsusi təyinat dəstəsi “Berkut”-un sabiq üzvünün vəkili Aleksandr Qoroşinski tələb edirdi.
Maydanda baş verən qətlin iki şahadı – Aleksandre Revazişvili və Koba Nerqadze hüquqmühafizəçilərə ifadə verməyə hazırdılar.
Vəkilin dediyinə görə, bu insanlar, snaiperlərin maydandaki insanlara və hüquqmühafizəçilərə atəş etdiklərini görüblər.
Ukrayna medyasının məlumatına görə, müdafiyə tərəfinin vasitəçiliyini prokurorluq da dəstəklədi.
Prokuror Yanis Simonovun bəyanatına görə, belə bir sorğulama məqsədyönlüdür, çünki o 2014-cü ildə baş verən hadisələrə işıq sala bilər.
Kiyevdə 2014-cü ilin fevral ayında, snaiperlərin atışması nəticəsində 53 nəfər öldürüldü.
Ölənlər arasında 49 aksiya iştirakçısı və 4 hüquqmühafizəçi var idi.